525.Az

“İsrafil Hüseynov” gəmisindəki partlayışda yaralananlardan 1-i Fransada öldü


 

“İsrafil Hüseynov” gəmisindəki partlayışda yaralananlardan 1-i Fransada öldü<b style="color:red"></b>

Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış "Saipem" şirkətinin 11 əməkdaşı ( o cümlədən, Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına nəql edilib.

Şirkətdən ONA-ya verilən məlumata görə, həmin şəxslər mayın 11-də "Medevac" - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə nəgl edilib.

Məlumatda qeyd edilib ki, daha yüngül xəsarət almış 3 şirkət əməkdaşı artıq vətənlərinə qayıdıblar:

"Saipem" şirkəti dərin təəssüf hissi ilə bildirir ki, ən kritik olan əməkdaşımız bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşımızın həyat üçün təhlükə isə aradan qaldırılıb".

 





13.05.2019    çap et  çap et