525.Az

Bəzi rayonlarda yağış yağacaq


 

Bəzi rayonlarda yağış yağacaq<b style="color:red"></b>

 Bakı və Abşeron yarımadasında oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, günün birinci yarısında 18-23 dərəcə isti olacağı gözlənilir.
 
Oktyabrın 1-də Azərbaycanın ayrı-ayrı rayonlarında yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

 





30.09.2013    çap et  çap et