525.Az

"Eurovision 2019" başladı


 

"Eurovision 2019" başladı<b style="color:red"></b>

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, "Eurovision kəndi" Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ  müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Qeyd edək ki, Azərbaycanın "Eurovision 2019" təmsilçisi Çingiz Mustafayev ikinci məşqini də uğurla tamamlayıb.

 





13.05.2019    çap et  çap et