525.Az

Hicran Hüseynova: "Qadın və uşaqlarla bağlı şou xarakterli məlumatlar məni narahat edir"


 

Hicran Hüseynova: "Qadın və uşaqlarla bağlı şou xarakterli məlumatlar məni narahat edir"<b style="color:red"></b>

"Hansısa bir problemi araşdıran jurnalist məsuliyyətli və diqqətli olmalıdır".

ONA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, bu gün mediada hansısa qadın və ya uşaq haqqında şou xarakterli məlumatlar yer alır:

"O qadın, o uşaq bu cəmiyyətdə yaşamamalıdır?! Dövlət Komitəsinin sədri kimi yox, bir qadın kimi bu, məni narahat edir. Gəlin bir-birimizə hörmət edək".

H. Hüseynova jurnalistlərə daha güclü treninqlərin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

 





13.05.2019    çap et  çap et