525.Az

“Bu, inkişafımızdan narahat olanların qərəz kampaniyasının tərkib hissəsidir”


 

“Bu, inkişafımızdan narahat olanların qərəz kampaniyasının tərkib hissəsidir”<b style="color:red"></b>

"Ölkəmizdə baş tutan hər mötəbər və beynəlxalq tədbir ərəfəsində Azərbaycana qarşı bu cür qərəzli kampaniyalar aparılır”.

Bu sözləri "Sherg.az”a millət vəkili Aydın Mirzəzadə mayın 29-da Bakıda final matçında oynayacaq "Arsenal" klubunun erməni futbolçu Henrix Mxitaryanın həyatına Azərbaycanda təhlükə ola biləcəyi ilə bağlı sərsəm açıqlamalara münasibət bildirərkən deyib.

Parlamentari qeyd edib ki, cəmiyyətimiz vaxtaşırı bunun şahidi olur:

"Bu, birinci hal deyil. Azərbaycan bütün sahələrdə olduğu kimi idman sahəsində sürətlə inkişaf edib və idman ölkəsinə çevrilib. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edib və edir. Bu inkişaf da müəyən dairələri narahat edir”.

Deputat Azərbaycanda otellərin və AZAL-ın biletlərininin qiymətinin baha olması ilə bağlı səsləndirilən iddialara da toxunub:

"Azərbaycana çoxaylı turistlər gəlir və hər ötən il biz turist axınının çoxaldığını görürük. Ölkmizdə xidmətlər baha olsaydı, turistlər təkrarən gəlməzdi. Azərbaycanda otellərin qiyməti kifayət qədər müvafiqdir. Əlbəttə, qiymətlər xidmət və şəraitdən asılı olaraq dəyişir. Və bu dünya standartında da belədir. "Azərbaycanda otelərin qiyməti bahadır” deyənlər öz ölkələrinə də baxsınlar. Onlarda otellərin qiyməti kifayət qədər bahadır.

AZAL-ın qiymətlərinə gəlincə, bu barədə deyilənlər də həqiqəti əks etdirmir. Digər ölkələrin hava limanı ilə müqayisədə daha ucuzdur. Bütün bunlar qarayaxma kampaniyasının tərkib hissəsidir. Yaan, iftira və hədyandan başqa bir şey deyil. "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryana ölkəmizdə heç bir təhlükə yoxdur.

Bu, bir idman oyunudur. Hansısa qüvvələr bunu siyasiləşdirib, Azərbaycanı gözdən salmağa, ölkəmizin beynəlxalq reputasiyasına zərbən vurmağa çalışır. Amma məlum açıqlama və yanaşmaların heç bir əsası yoxdur. Bu, ölkəmizin inkişafından narahat olan dairələrin qərəz kampaniyasının tərkib hissəsidir”.

 





13.05.2019    çap et  çap et