525.Az

"İdman sərhəd tanımır və sosial problemlərlə onu müqayisə etmək doğru deyil"


 

"İdman sərhəd tanımır və sosial problemlərlə onu müqayisə etmək doğru deyil"<b style="color:red"></b> "UEFA Avropa Liqası finalının şəhərimizdə keçirilməsi böyük hadisədir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi əlbəttə ki, diqqətləri bir daha ölkəmizə tərf çevirəcək. Hər bir ölkə arzu edərdi ki, belə beynəlxalq tədbirlər onun ərazisində keçirilsin. Bu cür tədbirlərin Bakıda keçirilməsinə dair qərarlar Azərbaycan prezidentinin şəxsi nüfuzu sayəsində mümkün olur və UEFA rəhbərliyinin öz mötəbər tədbirini Bakıda keçirməsi bunun daha bir sübutudur".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Politoloq söyləyib ki, ancaq nədənsə xaricdəki antiazərbaycan qüvvələr bu cür tədbirlərin əhəmiyyətinə kölgə salmağa çalışırlar:

"Mədəniyyət, idman sərhəd tanımır və sosial problemlərlə onu müqayisə etmək doğru deyil. Leninqrad blokadada olanda orada dahi Nizaminin yubileyi keçirilmişdi, yaxud işğal altında olan Fransada, Avropanın digər ölkələrində konsertlər keçirilirdi, incəsənət inkişaf edirdi. Buna aid çox misallar göstərmək olar. Xatırlamaq yerinə düşərdi ki, Kiyevdə işğal olunmuş sovet torpağında məşhur futbol oyunu keçirilib".

O bildirib ki, ermənilər kiçik bir tədbiri, məsələn, adi bir konyak feativalını dünyaya beynəlxalq əhəmiyyətli bir tədbir kimi təqdim edib ölkələrinin nüfuzunu artırmağa, onu tanıtmağa çalışırlar:

"Halbuki, Ermənistanın yoxsulluq şəraitində yaşaması imkan vermir ki, genişmiqyaslı və beynəlxalq əhəmiyyətli tədbirlər keçirsin. Burada qonaqların təhlükəsizliyinə də heç bir zəmanət yoxdur. Azərbaycanın istənilən bir rayonunda, hətta ən ucqar rayonlarında keçirilən yüksək səviyyəli tədbirlər Ermənistanın dövlət səviyyəsindəki tədbirlərindən daha səviyyəlidir. Nümunə üçün bir misal çəkim, Azərbaycanda "Nar" festivalı keçirilir və ya hər hansı rayon səviyyəsində keçirilən özünəməxsus maddi-mənəvi dəyərlərə həsr olunmuş tədbir olur. Bu cür tədbirlər Ermənistan üçün dövlət səviyyəsində keçirilən tədbirlərdən daha üstün hesab edilə bilər. Halbuki Ermənistandan daha çox bu işləri məhz xaricdəki diaspora təbliğ edir, xaricdə tanıdır, əcnəbiləri Ermənistanı tanımağa və bu ölkəyə səhayətə təşviq edirlər".

Qəbələ beynəlxalq musiqi festivalı, Şəki İpəkyolu festivalını xatırlayan N.Məmmədova qeyd edib ki, əgər bu cür festivallar Ermənistanda keçirilsəydi, indi diaspora erməniləri onu göylərə qaldırmışdılar:

"Mən hələ ölkəmizdə beynəlxalq səviyyədə keçirilən tədbirləri demirəm. Onlar xüsusi əhəmiyyətlidir və dövlətimizin nüfuzunun artırılması baxımdan çox əhəmiyyətlidir.Ermənistanda dövlət büdcəsi o qədər boşdur ki, bu tədbirlərin yarısını belə etməyə maddi imkan yoxdur. Bunu diaspora edir, bizim xaricdəki bəzi müxalifətçilər isə diaspora quruculuğu ilə məşğul olmaq yerinə təəssüf ki, bu cür tədbirləri gözdən salmaq təbliğatı aparırlar. Onlar məqsədyönlü şəkildə əhalidə ruh düşkünlüyü yaratmaq, dövlətin keçirdiyi istənilən tədbir ətrafında gözdənsalma kampaniyası əvəzinə olduqları ölkələrin əhalisi arasında həmin tədbirlərin təbliğatı ilə məşğul olsalar, daha yaxşı olardı. Axı, bu tədbirlər Azərbaycan torpağında təşkil olunur və Azərbaycanı sevən hər kəs harada olmasından asılı olmayaraq əgər vətənini sevirsə, onun hər bir uğuruna sevinməlidir".
 





13.05.2019    çap et  çap et