525.Az

Hansı abituriyentlər yay imtahanında iştirak edə bilərlər?


 

Hansı abituriyentlər yay imtahanında iştirak edə bilərlər? <b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) yaz imtahanından topladığı bal 100-dən az olan abituriyentlərin yay imtahanında iştirak məsələsinə aydınlıq gətirib.

ONA-nın DİM-ə istinadən verdiyi məlumata görə, yaz imtahanından topladığı baldan asılı olmayaraq, abituriyentlər mayın 30-dan iyunun 10-dək qeydiyyatdan keçib yay imtahanında da iştirak edə bilərlər.

 





13.05.2019    çap et  çap et