525.Az

Jurnalist Könül Xəlilova “BBC Azərbaycanca”nın rəhbəri oldu


 

Jurnalist Könül Xəlilova “BBC Azərbaycanca”nın rəhbəri oldu<b style="color:red"></b>

Jurnalist Könül Xəlilova “BBC Azərbaycanca”nın baş redaktoru vəzifəsinə təsdiq olunub.

Modern.az saytının xəbərinə görə, son bir ildə “BBC Azərbaycanca”da bas redakror əvəzi olan K.Xəlilova bu müddətdə BBC-nin Azərbaycanla bağlı operativ və maraqlı məlumatlar yaymasında özünəməxsus rol oynayıb. Eyni zamanda bu müddətdə “BBC Azərbaycanca”da yalnız Bakıdan deyil, ABŞ, Türkiyə, İrəvandan hazırlanan xəbərlərin təşkilində müsbət dəyişikliklər hiss olunub.

K.Xəlilova Dövlət Dillər Universitetini bitirib. Amerika Tədqiqat Proqramları məzunudur. 2002-ci ildə Corciya Dövlət Universitetində «Media və dövlət rəsmiləri arasında münasibət» mövzusunda tədqiqat aparıb. Vaşinqtonda Beynəlxalq Jurnalistika Mərkəzində interna keçib. Əvvələr «525-ci qəzet»in beynəlxalq şöbəsinin müdiri olub. Daha sonra 2004-cü ilin martından Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutub.

2007-ci il sentyabrın 15-dən fonddakı vəzifəsini başa vurub. 2007-ci ildən BBC-nin Azərbaycan xidmətində çalışmağa başlayıb. BBC-də prodüser, baş prodüser vəzifələrində çalışıb. Son 10 ayda isə baş prodüser olmaqla yanaşı, “BBC Azərbaycanca”nın rəhbər əvəzi olub.

Qeyd edək ki, 2011-ci martın 25-dən BBC Azərbaycan xidmətinin radiosu BBC Dünya xidmətini maliyyələşdirən Britaniya hökumətinin ictimai sektorda xərcləri azaltması nəticəsində fəaliyyətini dayandırmalı olub.

Amma “BBC Azərbaycanca” öz fəaliyyətini internet səhifəsində davam etdirir. Saytda xəbərlər, təhlillər, video və audiolar, şəkillər, sosial şəbəkələrə linklər yerləşdirilib.

 

 





30.09.2013    çap et  çap et