525.Az

Təlimdə iştirak edəcək hərbi helikopterlərimiz Türkiyədədir


 

Təlimdə iştirak edəcək hərbi helikopterlərimiz Türkiyədədir<b style="color:red"></b>

“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.

525.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hərbi pilotlarımız plana uyğun olaraq bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.

 





13.05.2019    çap et  çap et