525.Az

Səlim Babullaoğlu Yassı Beynəlxalq Poeziya Festivalında


 

Səlim Babullaoğlu Yassı Beynəlxalq Poeziya Festivalında<b style="color:red"></b>

Şair Səlim Babullaoğlu 12-16 may tarixlərində keçirilən Rumiya, Yassı Beynəlxalq Poeziya Festivalında iştirak edir.

Bu haqda Səlim Babullaoğlu özü məlumat verib. O deyib ki, dəvət Yassı Beynəlxalq Poeziya Festivalının və "Mihai Ursachi" Mədəniyyət Mərkəzinin direktoru Adi Kristi tərəfindən gəlib.

Festivalda dünyanın 15 ölkəsindən şairlər - Nicolae Spătaru (Moldova), Arian Leka (Albaniya), Pierre-Yves Soucy (Belçika), Evgheni Stepanov (Rusiya), Juan Carlos Abril (İspaniya), Wang Jiaxin (Çin), Radu Andriescu,Gheorghe Grigurcu (Rumıniya). Maria Elena Blango (Kuba), Niels Nav (Danimarka), Filippe Delveau, Florentin Palagia (Fransa), Chrisian Shenk (Almaniya), Laura Garavagia, Dante Maffia (İtaliya), Marco Antonio Campos (Meksika) və Julius Erazm Bolek (Polşa) iştirak edəcəklər. Festivalda fərdi və kollektiv görüş və çıxışlar, debat və mühazirələr olacaq.

 





13.05.2019    çap et  çap et