525.Az

Milli Kitabxanada "Hikmət Ziya-90" sərgisi


 

Milli Kitabxanada "Hikmət Ziya-90" sərgisi<b style="color:red"></b>

Mayın 12-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi, şair, təmsil ustası, tərcüməçi, publisist və dramaturq Hikmət Ziya Əfəndiyevin (Hikmət Ziya) anadan  olmasının 90 illiyi münasibətilə kitab sərgisi açılıb.

"Hikmət Ziya-90" adlı sərgidə şairin Azərbaycan və xarici dillərdə kitabları, redaktoru olduğu, tərcümə etdiyi, sözlərinə yazılmış mahnılar, haqqında olan kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək. 

 





13.05.2019    çap et  çap et