525.Az

Baş Prokurorluq: "Oqtay Güləliyevə xəbərdarlıq edilib"


 

Baş Prokurorluq: "Oqtay Güləliyevə xəbərdarlıq edilib"<b style="color:red"></b>

Baş Prokurorluqda aparılmış araşdırmalarla özünü “hüquq müdafiəçisi” adlandıran Oqtay Güləliyevin “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyənləşib.

Baş Prokurorluqdan bildirilib ki, qeyd edilənlərlə əlaqədar O.Güləliyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

 





14.05.2019    çap et  çap et