525.Az

Bakı Nəqliyyat Agentliyinin sədri cərimə edilib? - Rəsmi açıqlama


 

Bakı Nəqliyyat Agentliyinin sədri cərimə edilib? - <b style="color:red">Rəsmi açıqlama </b>

“Bəzi kütləvi informasiya vasitələrində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib”.

Bunu ONA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, V. Kərimlinin "BMW" model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılması, avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.

”Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edilir ki, həqiqətə uyğun olmayan halların gələcəkdə təkrarlanmaması məqsədilə müvafiq məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər”, - V. Əsədov qeyd edib.

 





14.05.2019    çap et  çap et