525.Az

İlham Əliyev və Nikol Paşinyan arasında görüş


 

İlham Əliyev və Nikol Paşinyan arasında görüş <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Erməniastanın baş naziri Nikol Paşinyanla görüşüb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbir zamanı gerçəkləşib.

Görüş barədə Paşinyan jurnalistlərə belə məlumat verib:

“Biz cənab Əliyevlə şam yeməyi zamanı qısa söhbət etdik. Bu, Dağlıq Qarabağdakı hazırkı ümumi vəziyyət  barəsində söhbət idi”.

İlham Əliyevlə gələcək görüş planları ilə bağlı suala isə Paşinyan "hələlik konkret plan yoxdur” deməklə cavab verib. 

“Əminəm ki, danışıqlar prosesi davam etməlidir və indi Dağlıq Qarabağı danışıqlar masasına qaytarmaq çox vacibdir" deyən Paşinyan növbədi dəfə sərsəmləyib:

"Qarabağın iştirakı olmadan münaqişənini həllinə nail olmaq mümkünsüzdür”.

 





14.05.2019    çap et  çap et