525.Az

"Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın “Twitter” hesabı yenidən açıldı


 

"Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın “Twitter” hesabı yenidən açıldı <b style="color:red"></b>

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi Twitter hesabının üzərinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

ONA-nın xəbərinə görə, bu barədə İcma sədri Tural Gəncəliyev özünün “Facebook”dakı səhifəsində məlumat verib:

“Gələcəkdə İcmaya qarşı bu kimi halların davam edəcəyini, saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi “Twitter” hesabı ermənilərin çoxsaylı şikayəti nəticəsində “Twitter” administrasiyası tərəfindən mayın 8-də bloklanmışdı.

 





14.05.2019    çap et  çap et