525.Az

Məmmədyarov: "Hər kəs bilir ki, Qarabağ danışıqları necə gedir, plan nədir"


 

Məmmədyarov: "Hər kəs bilir ki, Qarabağ danışıqları necə gedir, plan nədir"<b style="color:red"></b>

“Xalqları sülhə hazırlamaq məsələsi bu il yanvarın 16-da Paris görüşündə, o cümlədən, Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla üçtərəfli formatda müzakirə edilib”.

ONA-nın məlumatına görə, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda “Vətəndaşla üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bəzin nüanslar barədə çox dəqiq müzakirələr aparılıb:

“Ermənistan tərəfi həmişə deyir ki, bizim iki məsələmiz var: status və təhlükəsizlik. Statusa gəldikdə, mən azı 15 ildir, bu işin içindəyəm və status məsələsi az-çox hamıya aydındır. Təhlükəsizlik məsələsinə gəldikdə, mənim onlara belə bir sualım var: Təhlükəsizliklə bağlı nə kimi narahatlıqlarınız var? Belə bir ideya mövcuddur ki, həmsədrlər Ermənistanla Azərbaycanın mövqelərinin necə uyğunlaşdırmaqla bağlı işləsinlər. Mənim üçün bu məsələ hələ də aydın deyil. 1994-cü ildə Budapeşt sammitində təsdiqləndiyi kimi, bu, beynəlxalq sülhməramlılarla olacaq, yoxsa bizim müzakirəyə hazır olduğumuz başqa parametrlər əsasında? Qısası, biz substantiv danışıqlara başlamalıyıq.

Görüşlər barədə danışılır, liftdə görüş oldu və ya başqa şəraitdə... Bu, uşaqsayağı mövqedir. Biz oturmalıyıq və əvvəlcədən danışılan məsələlər barədə müzakirə aparmalıyıq. Özümü elə göstərməməliyik ki, nə barədə danışdığımızı, parametrləri, prinsipləri bilmirik. Hər kəs bilir ki, danışıqlar necə gedir, plan nədir. Tək iki tərəf deyil, həmsədr ölkələr də bunu bilir. Hər kəs bilir ki, bütün bunları necə həll etmək lazımdır. Bizim ehtiyac duyduğumuz yeganə amil siyasi iradədir. Bu siyasi iradə bir yerdə əyləşmək və daha dəqiq müzakirə aparmaqla bağlıdır”.

 





14.05.2019    çap et  çap et