525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b>

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.   

Rayonlarda havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

 





14.05.2019    çap et  çap et