525.Az

Azərbaycan Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsinə niyə imza atmayıb? - Rəsmi


 

Azərbaycan Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsinə niyə imza atmayıb? - <b style="color:red">Rəsmi </b>

“Azərbaycanın Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş görüşün yekununda imzalanması planlaşdırılan bəyannaməyə etiraz etməsi ilə bağlı sual Aİ rəhbərliyinə və bu quruma sədrlik edən Rumıniyaya ünvanlanmalıdır”.

ONA-nın məlumatına görə, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda “Vətəndaşlar üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bəyannamənin layihəsi Azərbaycan üçün yetərli deyildi:

“Əminəm ki, tək Azərbaycan deyil, digər üzv ölkələr üçün də belə idi. Geniş müzakirələrdən sonra, xüsusilə bəyannamədə əvvəlki sammitlərdə qəbul olunmuş bəyannamələrə sadiqliyin ifadə olunmasının vurğulanmasının vacibliyinə dair müzakirələrdən sonra qərara aldıq ki, bu bəyannamə bizim üçün yetərli deyil. Xüsusilə söhbət Helsinki Yekun Aktında və BMT nizamnaməsində göstərilən prinsiplərdən gedirsə... Qərara alındı ki, Şərq Tərəfdaşlığı ölkələrinə istinad edilmədən sonda Ali Komissarın bəyanatı yayılsın”.

Qeyd edək ki, Azərbaycan Aİ tərəfindən hazırlanmış bəyannamə layihəsinə etiraz edib. Rəsmi Bakı sənədə Azərbaycanın ərazi bütövlüyünün bütün ölkələr tərəfindən tanınmasına dair bənd əlavə olunmasını istəyib.

 





14.05.2019    çap et  çap et