525.Az

Naxçıvan MR-da yeni iqtisadiyyat naziri


 

Naxçıvan MR-da yeni iqtisadiyyat naziri <b style="color:red"></b>

Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının (MR) iqtisadiyyat naziri təyin edilib.

ONA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

Qeyd edək ki, Tapdıq Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi olub.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 13 may tarixli fərmanı ilə Famil Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilib.

 





15.05.2019    çap et  çap et