525.Az

Gürcüstan XİN: "Sərhədlərin delimitasiyasının 2/3-si həyata keçirilib"


 

Gürcüstan XİN: "Sərhədlərin delimitasiyasının 2/3-si həyata keçirilib"<b style="color:red"></b>

Gürcüstan Xarici İşlər Nazirliyi sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı komissiyanın Bakıda keçirilən iclasına dair bəyanat yayıb.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bəyanatda bildirilir ki, görüşdə tərəflər sərhədlərin delimitasiyası istiqamətində atılacaq gələcək addımları müzakirə ediblər.

Bildirilib ki, artıq həmin komissiya sərhədlərin delimitasiyasının 2/3-ni həyata keçirib.

Tərəflər prosesin strateji tərəfdaşlıq ruhu çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, danışıqlar konstruktiv yanaşma ilə qonşuluq əlaqələri çərçivəsində həll olunmalıdır.

 





15.05.2019    çap et  çap et