525.Az

Şimal-qərb bölgəsində güclü dolu - Yenilənib


 

Şimal-qərb bölgəsində güclü dolu - <b style="color:red">Yenilənib </b>

Mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Şəki ilə yanaşı Zaqatalaya da dolu yağıb.

ONA-nın məlumatına görə, rayonun Car, Muxax və bir neçə dağətəyi kəndlərinə dolu yağması nəticəsində təsərrüfata ciddi ziyan dəyib.

*** 08:35

Şəkiyə güclü dolu yağıb.

ONA-nın yerli bürosunun məlumatına görə, mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgənin dağətəyi ərazilərinə qısamüddətli yağış yağıb. Qeyri-sabit hava şəraiti ən çox Şəki şəhərinin və ətraf kəndlərin ərazilərində özünü göstərib. Gecə saat 01:40 radələrində Şəki şəhəri və bir neçə dağətəyi kəndlərə 10-15 dəqiqə ərzində küləklə müşahidə edilən dolu yağıb.

Yerli sakinlərin verdiyi məlumata görə, güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib.

 





15.05.2019    çap et  çap et