525.Az

“Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin icrasına başlanıldı


 

“Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin icrasına başlanıldı<b style="color:red"></b>

Mayın 13-dən 14-dək Füzuli rayonunda Sosial Tərəqqi İctimai Birliyinin “Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin başlanmasına dair görüşlər keçirilib.

Layihə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi  “Genderə - həssas Dayanıqlı İnkişaf  Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilir.

İlk məlumatlandırma görüşü məcburi köçkünlər üçün inşa edilmiş Zobucuk, ikinci görüş isə Qayıdış və Fin evləri qəsəbələrinin sakinləri və nümayəndələri üçün keçirilib. Bu görüşlərdə Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, qəsəbələr üzrə bələdiyyə üzvləri, qəsəbə icra nümayəndələri, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) Füzuli rayonu üzrə nümayəndəsi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sosial Tərəqqi İctimai Birliyinin əməkdaşı Əşrəf Mirzəzadə layihənin qısa təqdimatını edərək bildirib ki, əsas məqsəd Füzuli rayonunda inşa edilmiş 17 məcburi köçkün qəsəbəsində, xüsusilə, qadınlar və gənc nəsil arasında gender məsələləri üzrə maarifləndirilmə tədbirlərinin təşkili və keçirilməsidir.

KOBİA-nın nümayəndəsi Hafiz Sadıqov isə qeyd edib ki, Füzuli rayonu ərazisində belə bir layihənin icra olunması çox təqdirəlayiqdir və bu, qadınlar arasında sahibkarlığa marağın artmasına böyük təkan verəcək. H.Sadıqov layihə nəticəsində yaranacaq sahibkarlıq subyektlərinə KOBİA tərəfindən lazımi dəstək göstəriləcəyini deyib.

Görüşlərdə iştirak edən Füzuli rayon İH-nin Sosial-İqtisadi məsələlər üzrə müavini Süleyman Əliyev bildirib ki, bu layihə məcrbui köçkün qəsəbələrində məskunlaşmış qadınların sosial-iqtisadi inteqrasiyasına çox müsbət təsir edəcək və onların cəmiyyətdə daha fəal olmalarına şərait yaradacaq.

Hər iki görüşün sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

 





15.05.2019    çap et  çap et