525.Az

"Ezel"in "Ramiz dayı"sının ölümdən öncəki son şeiri- Video


 

"Ezel"in "Ramiz dayı"sının ölümdən öncəki son şeiri- <b style="color:red">Video</b> Türkiyənin məşhur aktyoru Tuncel Kurtizin son səsyazması ölümündən sonra meydana çıxdı.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçən həftə vəfat edən aktyorun son surprizi sevgiylə bağlı olduğu və vəsiyyətinə görə dəfn olunduğu Kazdağları camaatına həsr olunub. O, kəndlilərin zeytun yığımı vaxtını əks etdirən fotoları gördükdən sonra bu şeiri söyləyib. Təxminən iki həftə əvvəl tamamlanan, hələ montaj olunmayan səsyazısı ustad sənətçidən qalan son əsər olub.

Qeyd edək ki, Tuncel Kurtiz Azərbaycan tamaşaçısına daha çox "Ezel" serialında oynadığı Ramiz dayı xarakteriylə tanışdır. Aktyorun çalışdığı son serial isə "Muhteşem Yüzyıl" oldu. Kurtiz həmin serialda Ebu Suud Efendi obrazını canlandırırdı.

 





30.09.2013    çap et  çap et