525.Az

Poroşenko dövlət dili haqqında qanunu imzaladı


 

Poroşenko dövlət dili haqqında qanunu imzaladı <b style="color:red"></b>

Ukrayna prezidenti Petro Poroşenko "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında" qanunu imzalayıb.

ONA-nın xəbərinə görə, imzalanma mərasimi Prezidentin "Facebook" səhifəsində canlı yayımlanıb.

"Bu gün, 15 may tarixində Ukrayna prezidenti Petro Poroshenko olaraq "Ukrayna dilinin dövlət dili kimi fəaliyyət göstərməsini təmin etmək haqqında" qanuna imza atmaqdan şərəf duyuram. Mən balanslı və diqqətlə hazırlanmış dil qanununu imzalayıram”, - deyə Poroşenko bildirib.

O qeyd edib ki, bu qanunun imzalanması "Ukrayna dövlətçiliyinin formalaşması üçün ən vacib aktlardan biridir".

Prezident Poroşenko bildirib ki, bu qanun Ukraynada yaşayan milli azlıqların dilinə təsir etməyəcək.

 





16.05.2019    çap et  çap et