525.Az

Ərdoğan Türkiyənin terrora qarşı İraqla birgə mübarizə aparacağını bəyan etdi


 

Ərdoğan Türkiyənin terrora qarşı İraqla birgə mübarizə aparacağını bəyan etdi<b style="color:red"></b>

"Təmaslarımızda İŞİD, PKK və FETO terror təşkilatları ilə mübarizəmizin qətiyyətlə davam etdirilməsi və bu sahədə Türkiyə və İraq arasında hərbi əməkdaşlıq və razılaşmanın məqsədəuyğun olacağına qərar verdik".

ONA “İhlas”a istinadən xəbər verir ki, bu fikri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan İraqın Baş naziri Adil Abdulmehdi ilə görüşündə səsləndirib.

Təkbətək və nümayəndə heyətləri çərçivəsində baş tutan rəsmi görüşdən sonra tərəflər iftar yeməyində bir araya gəliblər. Sonra Ərdoğan İraq Baş naziri ilə mətbuat konfransı keçirib.

 





16.05.2019    çap et  çap et