525.Az

Merkel: “Avropa Komissiyası “Şimal axını-2”-nin tikintisini dayandıra bilməz"


 

Merkel: “Avropa Komissiyası “Şimal axını-2”-nin tikintisini dayandıra bilməz"<b style="color:red"></b>

“Yeni qaz direktivlərinin qəbul olunmasına baxmayaraq Avropa Komissiyası “Şimal axını-2” qaz kəmərinin tikintisini dayandıra bilməz”.

ONA-nın “Handelsblatt” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Angela Merkel bəyan edib.

“Layihə demək olar ki, tam təsdiqlənib. Yeni qaz direktivləri Avropa Komissiyasına etiraz imkanlarını tanıyır. Lakin bu, layihəyə də maneə törətmir”, - deyə, A.Merkel bildirib.

O əlavə edib ki, “Şimal-Axını-2” layihəsində əsas amil Ukrayna məsələsidir. Onun sözlərinə görə, yeni qaz layihəsinin olmasına baxmayaraq rəsmi Kiyev bu məsələdə tranzit ölkə rolunu saxlamalıdır.

 





16.05.2019    çap et  çap et