525.Az

"Qanadlarım yandı, necə uçacam?.." - Lütviyyə Əsgərzadənin şeirləri


 

"Qanadlarım yandı, necə uçacam?.." - <b style="color:red">Lütviyyə Əsgərzadənin şeirləri</b>

"İki-üç hayku yazmaq 
Bütöv bir insan ömrünə bəs edər"
Yapon məsəli

Bir gözəlin yanağında,
Göz yaşları şırım açdı.
Bir əl bildi, bir yaylıq... baş qarışıqdı.

***

Göydən od ələnir, çat verir torpaq,
İstidən saralır yaşıllıq, yarpaq,
Könlümə yağan qara bax...

***

Qanadlarım yandı, necə uçacam?
Örtüldü bacam, necə qaçacam?
Bir az toxta, ürəyim, sənə möhtacam.

***

Nə kəndim var, qonaq gedəm.
Nə çayım var, sularına nəsə deyəm.
Nə dənizim var, sularında öləm...

***

Asıldı dilimdən "nə bilim", "necə".
Ömürdən uzun bir gecə...
Cavabsız suallar, yatmaq da lazım...

***

Havada yaz qoxusu,
Könlümdə payız havası,
Dərd başdan aşır, qadası.

***

Bu gün bir azca xoşbəxtəm,
Lap bir azca bəxtəvər,
Gözlərdən uzaq...

***

Pəncərəmi külək döyəcləyir.
Narahat ruhum küləyi dinləyir.
Yüz fikir bir borcu ödəmir.

***

Nə rəsmimi götür,
Nə rəsm qoy.
Qəlbinə daş bas və get.

***

Bu gün guya bayram,
Təbrik-filan olmalı...
Yada salan olmadı.

***

Sən məndən küsmüsən
Mən səndən;
Küçələr hər ikimizdən.

***

"Gözəllik başa bəla" deyirlər,
"Hələ cavansan, yaşa" deyirlər
Bəzən ölüm də gözəl.

***

Güvəndiyim təkcə səndin.
Sənli dağa qar yağır?
Üşüyürəm.

Qoydu papağını başına,
Geydi əlinə əlcək.
Üşüyən ürəyinə nə geyinsin?

***

Günləri saya-saya gəlirdim;
Sayını itirdim,
Səni də....

***

Yenə çəkir ah;
Hər şey yaxşı olar sabah.
Nə çox sabah...

***

Deyirsən, çox gizlincin...
Hamısı qəm-qüssə, təlaş,
Kim istəyir götürsün.

***

Bu kimin əlindən çıxan daş idi,
Məni dar günümdə haqladı, Allah?
Günə bax, aya bax, daşa bax.

***

Kədərimi içimə axıtmışam.
Ürəyimə sıxıntımı.
Deyirsən, pis görünmürsən.

***

Çox inad idim, çox...
Kəsdirdim uzun hörüyümü;
İnadımın ilk mükafatı.

***

Od vurub yandırdın "gül"ünü,
Toparlamağa çalışdıqca,
Dağıdırsan külümü...

***

Bu gün də üstümdə qəmim,
Amma var bir damcı da sevincim.
Gərək qənaətlə işlədim.

***

Bir dilim ümid var qəlbimdə.
Ön ümdə - gələcək.
Ucunda ölüm olsa, gedəcəyəm.

***

Sevgi bəzən bal,
Bəzən zəhər dadır:
Sənin kimi.

***

Dodağımda gülüşüm,
Üzümdəki təbəssüm,
Nəyim var, birovuz.

***

Deyirsən, ölürəm, yanında ölsəm?
Ölüləri də heç sevmirəm,
Tərslikdən.

***

Yağış yağır,
Pəncərədən yağan yağışı
Sənsiz seyr edirəm.

***

Dar ağacı qurmuşam.
Asılmısan oradan.
Hiss edirsən, bə adam?

***

Tanış üz,
Tanış söz,
Natanış şəhər...

***

Sanki yetmişəm 100 yaşa,
yüz yaş yaşamaq istəyirdim,
haşa...

Lütviyyə ƏSGƏRZADƏ
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

 





16.05.2019    çap et  çap et