525.Az

Fizika İnstitutunun direktoru qızıl ulduz medalı ilə təltif olundu


 

Fizika İnstitutunun direktoru qızıl ulduz medalı ilə  təltif olundu <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademiyasının Akademik üzvü seçilib.

Bu haqda AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib.

Həmçinin Nazim Məmmədov türk dünyası elminin tərəqqəsində göstərdiyi yüksək xidmətlərinə görə həmin akademiyanın qızıl ulduz medalı ilə də təltif olunub.

 





16.05.2019    çap et  çap et