525.Az

BMT-dəki daimi nümayəndəlik: "İranın heç bir ölkəyə hücum etmək fikri yoxdur"


 

BMT-dəki daimi nümayəndəlik: "İranın heç bir ölkəyə hücum etmək fikri yoxdur"<b style="color:red"></b>

“İran İraqda və başqa bir ölkədə heç kəs üçün təhlükə deyil və heç yerə hücum etmək fikri yoxdur”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəliyinin ABŞ-ın İranla münasibətlərinin kəskinləşməsi fonunda İraqdakı səfirliyin əməkdaşlarının bir qismini geri çağırması ilə bağlı açıqlamasında deyilir.

Bildirilir ki, ABŞ-ın bu addımı İrana qarşı aparılan təbliğat müharibəsinin bir parçasıdır:

“İranın heç bir ölkəyə qarşı hücum strategiyası olmayıb və olmayacaq. İran xalqı bu psixoloji müharibəyə təslim olmayacaq”.

 





16.05.2019    çap et  çap et