525.Az

Tbilisidə Azərbaycan rəssamlarının əsərləri sərgilənir


 

Tbilisidə Azərbaycan rəssamlarının əsərləri sərgilənir<b style="color:red"></b>

Müasir Azərbaycan rəssamlarının əsərləri Gürcüstanın paytaxtında keçirilən Tbilisi İncəsənət Yarmarkasında sərgilənir.

ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, “Qadın olmaq” adlı müasir videosərgi gender bərabərliyi və gender problemlərinə həsr olunub. Videosərgidə müxtəlif nəslə aid olan 10 Azərbaycan rəssamının əsəri nümayiş olunur.

Layihənin rəhbəri və ideya müəllifi Azərbaycanın əməkdar rəssamı Sabina Şıxlinskayadır.

Qeyd edək ki, “Expo Georgia” sərgi mərkəzində keçirilən beynəlxalq tədbirdə 16 ölkədən 38 rəssam iştirak edir.

 





16.05.2019    çap et  çap et