525.Az

Paraqvayla bağlanmış sazişin təsdiq olunmasına dair qanun imzalandı


 

Paraqvayla bağlanmış sazişin təsdiq olunmasına dair qanun imzalandı <b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Hökuməti ilə Paraqvay Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq olunmasına dair qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Hökuməti ilə Paraqvay Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb.

Qeyd edək ki, Saziş 2019-cu il martın 23-də Paraqvayın paytaxtı Asunsion şəhərində imzalanıb.

 





16.05.2019    çap et  çap et