525.Az

Metro qatarı tuneldə qaldı


 

Metro qatarı tuneldə qaldı<b style="color:red"></b>

Bakı Metropoliteninin "Dərnəgül" stansiyasına hərəkət edən qatar "Nizami" və "Elmlər Akademiyası" stansiyaları arasında qalıb.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, maşinist sərnişinlərə vaqonda texniki problemin yarandığını elan edib.

Bakı Metropolitenindən məlumatı təsdiqləyiblər. Məlumata görə, qatarda texniki problem yarandığından, həmin vaqon depoya aparılıb. Sərnişinlər isə stansiyada boşaldılıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatarda yaranan sıxlıq zamanı 18-20 yaşlı iki qızın vəziyyəti pisləşib. Onlara tibbi yardım göstərilib.

Eyni zamanda, bir müddət qatarların cədvəl üzrə hərəkətində problem yaranıb.

 





10.10.2012    çap et  çap et