525.Az

Hərbi hava qüvvələrinin hissə və bölmələri peşəkarlığını artırır - Video


 

Hərbi hava qüvvələrinin hissə və bölmələri peşəkarlığını artırır - <b style="color:red">Video </b>

2019-cu ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) hissə və bölmələri arasında “Ən yaxşı heyət” və “Ən yaxşı kiçik mütəxəssis” adı uğrunda yarışlar keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunların silahlanmasında olan müxtəlif döyüş texnikasının heyət və ekipajlarının cəlb olunduğu yarışlarda şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə nəzəri bilikləri, praktiki vərdişləri  və fiziki hazırlıqları yoxlanılıb.

Sonda normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb.

 





16.05.2019    çap et  çap et