525.Az

“Şimal axını-2” qaz kəmərinin tikintisinin bitmə tarixi uzadıla bilər


 

“Şimal axını-2” qaz kəmərinin tikintisinin bitmə tarixi uzadıla bilər<b style="color:red"></b>

“Şimal axını-2” qaz kəmərinin tikintisinin başa çatması 2020-ci ilin 2-ci yarısına kimi uzadıla bilər”.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “Nord Stream 2”nin hesabatında göstərilir.

Bildirilir ki, bu, Danimarkanın ilin sonuna kimi qaz kəmərinin 3-cü marşrut üzrə aparılmasını təsdiqləyəcəyi təqdirdə baş verə bilər: “İsveç, Almaniya, Finlandiya və Rusiyada artıq qərar verilib. Bu 4 ölkədə quruda və suda tikintiyə hazırlıq işləri 2018-ci ildən başlayıb və hazırda boruların yerləşdirilməsi işləri aparılır. Qaz kəməri sisteminin və qazın ötürülməsinin 2020-ci ilin ikinci yarısına kimi yekunlaşdırılması planlaşdırılır”.

Danimarkada “Şimal axını-2” qaz kəmərinin 3-cü marşrut üzrə aparılmasına dair ictimai dinləmələr iyunun 19-da keçiriləcək.

 





17.05.2019    çap et  çap et