525.Az

Nazir: "Azərbaycan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir"


 

Nazir: "Azərbaycan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir"<b style="color:red"></b>

Azərbaycan ABŞ-ın təşəbbüsü ilə formalaşan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir və bu əməkdaşlığın davam etdirilməsi əzmində olduğunu bəyan edir.

ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, ABŞ öz növbəsində Cənubi Qafqaz regionunda Azərbaycanın təşəbbüsü, iştirakı ilə keçirilən mühüm transmilli, enerji və nəqliyyat layihələrinə hər zaman güclü dəstəyini nümayiş etdirir.

"Bu sahədə əlaqələr strateji xarakter daşımaqla yanaşı, həm Bakını, həm də Vaşinqtonun maraqlarına cavab verir. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli sahəsində ölkəmiz üçün son dərəcədə əhəmiyyətli olan irimiqyaslı transmilli layihələrin həyata keçirilməsində ABŞ-ın hərtərəfli dəstəyi bizim üçün hər zaman qiymətli olub və bu gün də qiymətlidir", - deyə, nazir əlavə edib.

 





17.05.2019    çap et  çap et