525.Az

Milli Məclisin iclası başladı


 

Milli Məclisin iclası başladı<b style="color:red"></b>

Milli Məclisin növbəti plenar iclası başlayıb.

ONA-nın məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələ daxildir.

Bunlar “Dövlət rüsumu haqqında”, “Təhsil haqqında”, “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında”, “Mədəniyyət haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” və s. qanunlara dəyişiklik layihələridir.

İclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" (üçüncü oxunuş), "Texniki təmizləmə haqqında" (ikinci oxunuş) qanun layihələrinə də baxılacaq.

 





17.05.2019    çap et  çap et