525.Az

ABŞ səfiri: "Azərbaycan mühüm infrastruktur layihələrinin həyata keçməsinə nail olub"


 

ABŞ səfiri: "Azərbaycan mühüm infrastruktur layihələrinin həyata keçməsinə nail olub"<b style="color:red"></b>

"Cənub Qaz Dəhlizi nəinki Azərbaycan üçün, eləcə də siyasi və enerji təhlükəsizliyi əhəmiyyəti baxımından önəmli xarakter daşıyır".

ONA-nın xəbərinə görə, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən ABŞ səfiri Örl Litzenberger deyib.

Onun sözlərinə görə, Azərbaycan mühüm infrastruktur layihələrinin həyata keçməsinə nail olub.

"Onların sırasında mühüm infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars və Beynəlxalq Ticarət Limanının inşasını qeyd etmək olar, hansılar ki, yeni imkanların və münasibətlərin formalaşmasına mühüm əhəmiyyət kəsb edir", - deyə səfir qeyd edib.

Səfir həmçinin bildirib ki, bugünkü dialoq əqli mülkiyyət hüquqlarının, əmək, iqtisadi, ticari məsələlərə öz töhfəsini verəcək.

"Ümid edirəm ki, biz bu gün komissiyanın iclası çərçivəsində konkret gələcək layihələr üzrə işlərimizi necə davam edəcəyimizi və rəqəmləri artıra biləcəyimizlə bağlı konkret hədəfləri müəyyənləşdirə biləcəyik", - deyə səfir qeyd edib.

 





17.05.2019    çap et  çap et