525.Az

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanı keçiriləcək


 

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanı keçiriləcək<b style="color:red"></b>

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına start verilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, sınaq imtahanları mayın 18-30-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Sınaq imtahanlarında 7000-dən çox şəxsin iştirakı gözlənilir.

İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.

İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.

 





17.05.2019    çap et  çap et