525.Az

İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”


 

İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”<b style="color:red"></b>

“Düşmən strateji səhv edərsə, çox peşman olacaq”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam Respublikası Ordusunun Komandanı Əbdürrəhim Musəvi deyib.

Ə. Musəvi İran ordusunun hazırlıq vəziyyətinin yüksək olduğunu bildirib:

“Ordu qüvvələrinin hazırlığı, ayıqlığının qorunması və artırılması qaçılmazdır. Çünki bu amil  düşmənin hədələrinin qarşısını alır”.

O qeyd edib ki, İran Silahlı Qüvvələri son illərdə çox önəmli bacarıqlar əldə edib:

“İran xalqı əmin olsun ki,  ordu qüvvələri son damla qanlarına kimi  İran İslam Respublikasının milli mənafeyini və təhlükəsizliyini qoruyacaq. İran ordusu həmişə hazırlıq vəziyyətindədir”.

 





18.05.2019    çap et  çap et