525.Az

Rasim Balayevlə görüş - Fotolar


 

Rasim Balayevlə görüş - <b style="color:red">Fotolar </b>

Mayın 17 Bakı Kitab Mərkəzində görkəmli aktyor, Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Rasim Balayevlə görüş keçirilib.

Sevimli aktyorla görüşdə onun çox sayda pərəstişkarları, sənət yoldaşları və ziyalılar iştirak edirdi.

Çox emosional, səmimi, pozitiv və yumor hissi ilə dolu görüşdə Rasim Balayev aktyorluq peşəsinə qəlməyindən, milli kinematoqrafın hazırkı vəziyyətindən söz açdı, kinoda yaratdığı obrazlar, sevdiyi rollar haqqında danışdı və İ.Nəsiminin ən sevilən qəzəllərini oxudu.

R.Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.

Oynadığı "Nəsimi", "Babək", "Dədə Qorqud", “Cavid ömrü” və başqa filmlərdəki rolları ilə tamaşaçıların sevgisini qazanıb. Bu filmlər milli kino sənətimizin qızıl fonduna daxildir.

Foto: Ramin ASLANOV

 





18.05.2019    çap et  çap et