525.Az

Putinin Türkiyəyə səfəri təxirə salındı


 

Putinin Türkiyəyə səfəri təxirə salındı<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə 14-15 oktyabr tarixlərində nəzərdə tutulan görüşü noyabra təxirə salınıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanla Rusiya prezidenti arasında baş tutan telefon danışıqlarında V.Putin səfərin noyabra təxirə salınacağını qeyd edərək bunula bağlı heç bir səbəb göstərməyib.
Rəsmi Kreml isə səfərlə əlaqədar rəsmi açıqlama verməyib.

V.Putinin Türkiyəyə səfərində ekonomik, ticarət, mədəniyyət əlaqələri, o cümlədən Suriyada baş verən olaylarla bağlı bir sıra nüanslar müzakirə olunacağı nəzərdə tutulub. Qeyd edək ki, baş nazir Rəcəb Təyyib Ərdoğanın iyulda Moskvaya etdiyi səfər zamanı Suriya lideri Bəşər Əsədin sonrakı fəaliyyət dönəmi ilə əlaqədar Putinlə müəyyən müzakirələr aparılmasını zəruri olduğunu qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Putin 14-15 oktyabrda iki ölkə arasında ortaq nazirlər kabineti kimi çalışan Üst Səviyyə Əməkdaşlıq Şurasının (ÜDİK) konfransında iştirak etmək üçün Türkiyəyə səfər etməli idi.

Nigar Məhərrəm

 





10.10.2012    çap et  çap et