525.Az

6 rayonda kənd təsərrüfatı texnikası yarmarkaları keçiriləcək


 

6 rayonda kənd təsərrüfatı texnikası yarmarkaları keçiriləcək<b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyi regionlarda ilk dəfə olaraq kənd təsərrüfatı texnikası yarmarkaları keçirəcək.

Nazirlikdən verilən məlumata görə, mayın 20-dən iyunun 15-dək təşkil olunacaq yarmarkalar ölkənin 6 rayonunu əhatə edəcək.

Yarmarkalarda iştirak edən fermerlər təchizatçıların təklif etdikləri texnika və avadanlıqlarla, həmçinin dövlət güzəştləri barədə məlumat əldə edə biləcəklər.

 





18.05.2019    çap et  çap et