525.Az

Sabah Marneuliyə icra başçısı seçiləcək


 

Sabah Marneuliyə icra başçısı seçiləcək<b style="color:red"></b>

Sabah Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına isə icra başçıları seçiləcək.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, Marneulidə keçiriləcək icra başçısı seçkilərində gərginlik baş verməsi gözlənilir.

“Çoxmillətli Gürcüstan İctimai Hərəkatı”nın sədri Arnold Stepanyan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Zvania ilə keçirdiyi görüşdən sonra belə deyib.

O bildirib ki, bu rayona minlərlə müşahidəçinin cəlb edilməsi başadüşülən deyil və ehtimal ki, gərginliyə səbəb olacaq:

“Bu vaxtadək seçki prosesinə müdaxilə edəcək səviyyədə bir durumla üzləşməmişik. Amma sabah gərginliyin baş verməsi gözləniləndir. Bizə məlum deyil ki, niyə təkcə Marneulidə bir neçə min müşahidəçi qeydiyyatdan keçib. Müxtəlif siyasi partiyaları dəstəkləyən onlarla müşahidəçinin eyni vaxtda eyni  seçki məntəqəsində olması çətinlik yaradacaq”.

 





18.05.2019    çap et  çap et