525.Az

Bakı Kitab Mərkəzində Nəsiminin yubileyinə həsr olunmuş tədbir - Fotolar


 

İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında "Aləmin Nəfəsi: Nəsimi" tamaşası oynanıldı

Bakı Kitab Mərkəzində Nəsiminin yubileyinə həsr olunmuş tədbir - <b style="color:red">Fotolar </b>

Mayın 18-də Bakı Kitab Mərkəzində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Vurğulanıb ki, Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması istiqamətində prezident İlham Əliyevin imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Bu xüsusda 2019-cu ilin "Nəsimi ili" elan olunmasını şairin yaradıcılığına verilən ən yüksək qiymət kimi xarakterizə edilib.

Daha sonra Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında "Aləmin Nəfəsi: Nəsimi" tamaşası oynanılıb.

Yeniyetmələrin oynadığı tamaşa auditiriyanın böyük marağı, yüksək rəğbəti ilə qarşılanıb.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşaviri, şair İrfan Çiftçi, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, tamaşanın layihə rəhbəri və tərtibatçı rəssası Günay Mehdizadə, İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, rejissor Elnurə Vəliyeva, səs rejissoru Ülviyyə Vəlizadə, gimnaziyanın Teatr şöbəsinin müdiri Hicran Sadıxzadə gənc aktyorların çıxışını yüksək qiymətləndiriblər.

Sonda İrfan Çiftçi gimnaziyanın rəhbərliyinə 14-cü Kayseri Liseylərarası Teatr Festivalında 3 nominasiya üzrə layiq görüldükləri mükafatları təqdim edib, eləcə də gənc aktyorlara xüsusi sertifikatlar verib.

C.ABASOV

 





18.05.2019    çap et  çap et