525.Az

YUNESKO: "Dünyada hər ay ən azı bir xalqın dili yox olur"


 

YUNESKO: "Dünyada hər ay ən azı bir xalqın dili yox olur"<b style="color:red"></b>

Dünyada hər ay ən azı bir xalqın dili məhv olur.

ONA-nın məlumatına görə, bunu "RİA Novosti"-yə YUNESKO-nun şöbə müdiri Boyan Radoykov bildirib.

B. Radoykov deyib ki, ayda bir dəfə, bəzən də bir həftədə, iki həftədə dünyada bir dil sıradan çıxır:

"YUNESKO məhv olmaq təhlükəsi ilə üzləşmiş dillərin atlasını yaradıb. Biz bununla həmin dilləri qorumağa və gələcək nəsillərə çatdırmağa çalışırıq. 

Hazırda dünyada 5-6 min arasında köklü dillər var. Böyük ehtimalla, növbəti 50 ildə dünyadakı dillərin yarısı olmayacaq. Elə dil var ki. 2-3 nəfər danışır, onlar öldükdən sonra həmin dili yaşadanlar qalmır".

Qeyd edək ki, BMT Baş Assambleyası 2019-cu ili Xalqların Dilləri İli elan edib. Məqsəd dillərin qarşılaşdığı risklərə diqqət çəkməkdir.

 





19.05.2019    çap et  çap et