525.Az

Ramiz Rövşən və Cəlal Şəngör “Avrasiya Əfsanəsi” mükafatı aldılar - Foto


 

Ramiz Rövşən və Cəlal Şəngör “Avrasiya Əfsanəsi” mükafatı aldılar - <b style="color:red">Foto </b> Avrasiya Akademiyasının 3-cü Məclisində Mursad Kajlayev (Rusiya, Dağıstan), Nasser Xəlili/Khalili (Böyük Britaniya), Ramiz Rövşən (Azərbaycan) və Cəlal Şəngör (Türkiye) Avrasiya Akademiyasına üzv seçiliblər, onlara “Avrasiya Əfsanəsi” mükafatı təqdim olunub.
 
Məclisdə elm və təhsil təşkilatçıları, elm, ədəbiyyat, musiqi və incəsənət adamları, hökumət və Milli Məclis üzvləri, səfirlər, şirkət başçıları və mətbuat nümayəndələri iştirak ediblər.
 
Birinci hissədə Akademiya tarixi, Avrasiya Akademiyasının yaranması və inkişafı haqqında film nümayiş etdirilib.

Fasilədə Xəzər Universiteti kamera orkestri Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Motsart və Murad Kajlayevin əsərlərindən musiqi parçaları ifa edib.

İkinci hissədə Murad Kajlayev, Nasser Xəlili/Khalili, Ramiz Rövşən və Cəlal Şəngör haqqında tanıtım filmləri nümayiş etdirilib.

Daha sonra onlara Avrasiya Akademiyasının üzvlük diplomu və Avrasiya Akademiyasının “Avrasiya Əfsanəsi” mükafatı tədqim olunub.

Xatırladaq ki, 2012-ci ildə bir qrup elm və sənət adamları arasında həm beynəlxalq, həm də regional mahiyyət daşıyan bir Akademiyanın yaradılması barədə məsləhətləşmələr keçiriblər.

5 qurucu üzv Azərbaycan, Türkiyə və ABŞ vətəndaşıdır: professor Halil İnalcık, professor Lütfi Zadə, professor Mahmut Gazi Yaşargil, bəstəkar Arif Məlikov və professor Hamlet İsaxanlı. Avrasiya Akademiyasının baş idarəsinin Azərbaycanda olması qərara alınıb.

Avrasiya Akademiyası 28 sentyabr, 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Üzvlərə veriləcək “Avrasiya Əfsanəsi” mükafatı, həmçinin Avrasiya Akademiyasının 5 medalı (Ibn Sina, Nəsirəddin Tusi, İbn Xəldun, M.F. Axundzadə və Ü. Hacıbəyli medalları) hazırlanıb.
 





20.05.2019    çap et  çap et