525.Az

AKP baş katibi: “Türkiyə “S-400”-ləri almaq məcburiyyətindədir”


 

AKP baş katibi: “Türkiyə “S-400”-ləri almaq məcburiyyətindədir”<b style="color:red"></b>

“Türkiyə hava hücumundan müdafiə sistemini qurana qədər “S-400”-ləri almaq məcburiyyətindədir. Bəlli bir müddətdən sonra Türkiyə öz hava hücumundan müdafiə sistemini quracaq”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibi Numan Kurtulmuş bildirib.

Baş katibin sözlərinə görə, “S-400”lərin alınması Türkiyənin üzv olduğu NATO-ya heç bir zərər vermədiyi halda, ABŞ-ın bu məsələdən narazılıq yaratması anlaşılan deyil və Türkiyə israrla ABŞ-ı anlayışa dəvət edir:
“Türkiyə NATO üzvü olaraq ABŞ-la 1952-ci ildən bu yana müttəfiq ölkədir. Türkiyə bu anlamda NATO-nun hansı ehtiyacı varsa, ödəyib. İndi ABŞ-ın NATO-da, xüsusilə Cənubi Avropa sərhədləri içərisində bu qədər önəmli ölkə olan Türkiyəyə şübhəylə yanaşması, rəqabət dili ilə danışması ittifaq şərtlərinə uyğun gəlmir. Amerikalılar Türkiyəni anlamalıdır.  Türkiyə ABŞ-ı bu mövzuda razı salana qədər israr edəcək”.

 





20.05.2019    çap et  çap et