525.Az

"Fuad Abbasov millətlərarası ədavət yaratmaqda şübhəli bilinir" - Video


 

"Fuad Abbasov millətlərarası ədavət yaratmaqda şübhəli bilinir" - <b style="color:red">Video </b>

Rusiya mətbuatı jurnalist və blogger kimi fəaliyyət göstərən Fuad Abbasovun həbs görüntülərini yayıb. Onun miqrasiya qanunvericiliyini pozduğu deyilir.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Ren TV"-də yayılan görüntülərdə Fuadın əllərinə qandal vurulduğu, iki nəfər mülki geyimli şəxs tərəfindən polis avtomaşınına mindirildiyi nümayiş olunub.

Rusiya KİV-i F.Abbasovun Rusiyada milli zəmində münaqişələri qızışdırmaqda, millətlərarası dostluğu pozmaqda, ədavət yaratmaqda şübhəli bilindiyini yazıb. Həmçinin "Ren TV"-də qeyd olunub ki, Fuadın düşmənləri onun populizm və təxribatla məşğul olduğunu söyləyiblər.

 





20.05.2019    çap et  çap et