525.Az

Ukrayna baş naziri istefa verdi


 

Ukrayna baş naziri istefa verdi<b style="color:red"></b>

Ukraynanın baş naziri Vladimir Qroysman istefa verib.

Trend-in məlumatına görə, nazir bu qərarı barədə bu gün elan edib. Qroysmanın qərarı avtomatik olaraq bütün kabinetin səlahiyyətlərinin yekunlaşması deməkdir.

"Mən hökumətin çərşənbə günü keçirilən iclasından sonra istefa vermək qərarına gəldim", - deyə Qroysman Kiyevdə brifinq zamanı deyib.

O əlavə edib ki, prezident Vladimir Zelenskinin Ukrayna xalqına etdiyi müraciətdə hökumətin istefaya getməli olduğunu dediyindən sonra bu qərarı verib.

 





20.05.2019    çap et  çap et