525.Az

Günay Əfəndiyeva Fransada bir sıra görüşlər keçirdi


 

Günay Əfəndiyeva Fransada bir sıra görüşlər keçirdi<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fransaya səfər edib. Bu barədə fonddan məlumat verilib.

Səfər çərçivəsində G.Əfəndiyeva bir sıra görüşlər keçirib. O, fonda üzv dövlətlərin Fransadakı səfirləri - Rəhman Mustafayev (Azərbaycan), İsmail Hakki Musa (Türkiyə), Sem Jan Qaliyev (Qazaxıstan), eləcə də Qırğız Respublikasının Belçika Kralığındaki səfiri Muktar Djumalaev ilə görüşüb.

Görüşlərdə G.Əfəndiyeva türkdilli xalqların mədəni irsinin mühafizəsi və dünyaya tanıdılması istiqamətində fondun həyata keçirdiyi layihələrdən bəhs edib. Həmçinin, fondun fəaliyyətində üzv olkələrin aktiv rolu qeyd edilib, ortaq maddi və mənəvi dəyərlərimizin qorunması üçün birgə tədbir və layihələrin keçirilməsinin vacibliyi diqqətə çatdırlıb, mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra G.Əfəndiyeva UNESCO-nun Baş direktorun müavini Firmin Eduard Matoko ilə görüşüb. Tərəflər mədəni irsin mühafizəsi istiqamətində birgə əməkdaşlığın perspektivləri barədə müzakirə aparıblar.

C.ABASOV

 





21.05.2019    çap et  çap et